11 yaşlı oğlanın axtarışları davam edir - VİDEO

26 dekabr 2023-cü il tarixində İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv şəkildə davam etdirilir.

FHN-dən Metbuat.az-a verilən məlumata görə, hazırda Nazirliyin qüvvələri tərəfindən uşağın itkin düşdüyü ehtimal edilən istiqamətlər üzrə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.

Axtarış əməliyyatları, həmçinin kanal boyu mürəkkəb keçidlərdə suyun səviyyəsinin endirilməsi ilə fasiləsiz davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR