Azərbaycanın İnzibati Ərazi Bölgüsü Təsnifatı yenidən hazırlandı

Dövlət Statistika Komitəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Ərazi Bölgüsü Təsnifatı yenidən hazırlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə komitədən məlumat verilib.

Təsnifat hazırlanarkən Ağdərə rayonunun yaradılması, Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi və digər məsələlər nəzərə alınıb.

İnzibati Ərazi Bölgüsü Təsnifatına görə, hazırda Azərbaycanda respublika tabeli 10 şəhər var. Bunlar aşağıdakılardır:

Bakı, Gəncə, Xankəndi, Lənkəran, Mingəçevir, Naftalan, Sumqayıt, Şəki, Şirvan, Yevlax.

Rayonların sayına gəldikdə, hazırda onların sayı 57-dir.

Həmçinin Azərbaycan Respublikasına Naxçıvan Muxtar Respublikası da daxildir.

Muxtar respublika 1 şəhər (Naxçıvan şəhəri) və 7 rayondan (Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur) ibarətdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı