Rusiya-Ukrayna müharibəsinin yekunlaşması tərəflərə nə vəd edir? - TƏHLİL

Hazırda Rusiya- Ukrayna müharibəsində problemin həlli ilə bağlı bəzi variantlar, planlar var.

Bu barədə Metbuat.az-a siyasi şəhçi Elsəvər Abbaslı açıqlama verib. Bunlardan birinin “Alman modeli” olduğunu qeyd edən ekspert hesab edir ki, Ukraynanın NATO üzvlüyünə qəbul edilməsini nəzərdə tutan plan “hərbi əməliyyatlar gedən ərazilərsiz” baş tuta bilər:

“Belə bir təklifi NATO-nun keçmiş baş katibi Andres Foq Rasmussen irəliyə sürüb. Onun fikrinə görə, Ukraynanın “qismən üzvlüyü” (Ukrayna işğal olunmamış ərzilərilə NATO-ya daxil olur) Rusiyanın hücumunu dayandırar və bu, NATO tərəfindən Kremlə aydın cavab siqnalı olar.

Ukraynanın keçmiş xarici işlər naziri Vladimir Oqrızko mediyaya verdiyi şərhdə deyib ki, “Ukrayna üçün absurd və qəbuledilməz variantdır. Bu, bizim ölkəmizin faktiki olaraq iki yerə parçalanması deməkdir və qətiyyən qəbul edilə bilməz. Həm də ki, bu ssenari müharibənin başa çatmasına gətirməyəcək. Bu, Rusiyanın növbəti təzavüzə hazırlıq üçün mümkün fasilə götürməsidir. Belə bir yanaşma şəxsən məni çaşdırır. Yəni, əgər biz hadisələrin bu cür cərəyan etməsiylə razılaşsaq, onda bizi dərhal NATO-ya qəbul edəcəklər? Yoxsa bu gün bizi Avropa İttifaqına necə “qəbul etdikləri” kimi naməlum şeylər baş verəcək? Bu yanaşmaya yenidən baxmağın vaxtıdır, əks təqdirdə şəhv istiqamətdə gedəcəyik”.

Ümumiyyətlə, bəzi Qərb rəsmiləri güman edirlər ki, Rusiya və Ukrayna arasındakı döyüşlər Şimali və Cənubi Koreya arasında gedən müharibədə olduğu kimi atəşkəslə yekunlaşa bilər. Yəni, müharibə nə qədər tez qurtararsa, Ukrayna dövləti bir o qədər tez dirçələr”.

Ekspert hesab edir ki, müharibənin dondurulması Ukraynaya öz iqtisadiyyatını və müdafiəsini gücləndirməyə, hərbi-sənaye kompleksini bərpa etməyə və həmçinin də daha böyük demoqrafik böhrandan qurtulmağa imkan verə bilər.

“Hələ bununla yanaşı, Ukrayna nəzarətindəki ərazilərlə birlikdə NATO və Avropa İttifaqına da daxil olar. Əvvəla, bu, növbəti müharibəni imkansız edir, ikincisi isə Ukrayna möhkəmlənəcək və bu, itirilmiş ərazilərin geri qaytarılmasında ona kömək edəcək. İlk iki variantda Qərbin Rusiya ilə bağlı siyasətində sanksiyaların uzadılması, Kremlin diplomatik izolyasiyası, NATO-nun müdafiə potensialının gücləndirilməsi, Amerika-Avropa müdafiə sənayesi bazasına investisiya qoyuluşunun artırılması daxildir.

Ukrayanın xalq deputatı, parlamentin xarici siyasət məsələləri və parlamentlərarası əməkdaşlıq komitəsinin sədri Aleksandr Merejko bildirib ki, son zamanlar müharibənin qurtarması ilə əlaqədar aktiv təkliflər gəlir. Bunlar istər siyasi, istərsə də hüquqi nöqteyi-nəzərdən real deyil.Macarıstanın Baş naziri Viktor Orban isəbildiribki, Ukraynanı Avropa İttifaqına və NATO-ya qəbul etməyə dəyməz, yaxşı olar ki, Ukrayna Rusiya və Avropanın qalan hissəsi arasında “bufer zonası” kimi saxlanılsın və ona təhlükəsizlik təminatı verilsin.

Ümumiyyətlə Orban demək istəyir ki, Ukrayna Avropa İttifaqına və NATO-ya daxil olmayacaq, eləcə “nə oraya, nə buraya daxil olmayan bufer” rolunu oynayacaq, həm də Avropanı qoruyacaq. Burada yaxşı heç nə yoxdur, mən istəməzdim ki, Ukrayna daim bufer rolunu oynasın. Əgər belə olacaqsa, Avropanın mühafizəsi üçün ümumi məsuliyyət olmalıdır”,- deyə analitik qeyd edib.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı