Hüseyn Əzizoğlunun restoranında qanlı olay - Saxlanılan var

Bakının Yasamal rayonunda restoranda dava düşüb.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə “Papaq” restoranında qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü Yaqubov Aqil Anar oğlu restoranda qardaşı ilə mübahisə edən şəxslərlə əlbəyaxa olub.

Həmin vaxt o, bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, “Papaq” restoranlar şəbəkəsinin sahibi bir vaxtlar tanınmış bloqer olan Hüseyn Əzizoğludur.

Faktı Yasamal Rayon Polis İdarəsinin 26-ci polis bölməsinin əməkdaşları araşdırırlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR