Azərbaycanın Tehrandakı səfirliyi fəaliyyətini nə zaman bərpa edəcək? - AÇIQLAMA

Azərbaycanın İrandakı səfirliyinin bərpası istiqamətində addımlar müzakirə edilir.

Metbuat.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.

"Bu barədə addımlar müzakirə edilir. Səfirliyin açılacağı tarix məlum deyil", - deyə o, qeyd edib.

Qeyd edək ki, ötən il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub.

Hadisə nəticəsində səfirliyin 1 əməkdaşı şəhid olub, iki əməkdaşı yaralanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR