Şuşada böyük məmnuniyyətlə gedib yaşayacağam - Xalq artisti

Şuşada böyük məmnuniyyətlə həm gedib yaşayacağam, həm yaradacağam, həm də ürəyimdə bəzi arzularım var ki, onları həyata keçirəcəyəm.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, bu fikirləri yaddaqalan obrazlarla tamaşaçıların dərin rəğbətini qazanan Xalq artisti Firəngiz Mütəllimova Böyük Qayıdış haqqında rəy və təəssüratlarını bölüşərkən deyib.

Qarabağa insanların böyük həvəslə qayıtmalarından fərəh hissi keçirdiyini qeyd edən istedadlı sənətkar bu prosesdə gənclərin iştirakının vacib olduğunu vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR