"Qəbələ" futbolçusu ilə yollarını ayırdı

“Qəbələ” klubu israilli futbolçu Gilad Abramov ilə yollarını ayırıb.

Metbuat.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

2023-cü ilin iyulundan "Qəbələ"də çıxış edən legioner qırmızı-qara formada 23 matç keçirib.

G.Abramov Premyer Liqada 19, Azərbaycan Kubokunda 2, Konfrans Liqasında 2 oyunda iştirak edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı