Gümrüdə rus hərbçinin gülləsinə tuş gəlməyən 6 aylıq uşaq da öldü

Gümrüdə rus hərbçinin gülləsinə tuş gəlməyən 6 aylıq uşaq da öldü
18:05 19 Yanvar 2015
84 Dünya
Ölkə mətbuatı
A- A+

Gümrüdə yaralanmış 6 aylıq Seryoja Avetisyan vəfat edib
Trend-in Novosti Armeniya-ya istinadən verdiyi xəbərə görə, məlumatı Ermənistanın Səhiyyə Nazirliyi təsdiqləyib.

Bir müddət əvvəl uşağın vəziyyətinin ağciyər, ürək və böyrək çatışmazlığı səbəbindən son dərəcə ağır olduğunu bildirmişdilər.

Qeyd edək ki, yanvarın 12-də səhər cinayətkar Gümrüdə Avetisyanlar ailəsinin altı üzvünü güllələyib. Qətlin törədilməsində Rusiya hərbi qulluqçusu Valeri Permyakov ittiham edilir.

Cinayətkar avtomatın açılmamasına görə 6 aylıq uşağı süngü ilə öldürməyə çalışıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/319899.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR