Qızı Aygün Bəylərin vəfatından sonra ilk dəfə danışdı - VİDEO

Mərhum Əməkdar artist Aygün Bəylərin qızı Canan anasının vəfatından sonra ilk dəfə danışıb.

Metbuat.az xəbər verir ki, o, “Xəzər axşamı” verilişində öz arzularını dilə gətirib:

“Avropa-Azərbaycan Məktəbində oxuyuram. Uşaqlıqdan çox arzularım olub. Müəllim olmaq istəmişəm. Sonra fikrimi dəyişdim. Dedim ki, musiqiçi olacağam. İndi fikrimdə tutmuşam ki, böyüyəndə alınsa, rəssam olacağam. Alınmasa, animasiyalarla məşğul olacağam.

Bülbül adına Orta İxtisas Musiqi Məktəbində iki il oxumuşam. Forte-piano üzrə təhsil alırdım. İkinci sinifdə fikir verdim ki, heç ev tapşırıqlarını da həvəslə etmirəm. Dedim, ana, mən musiqini istəmirəm, niyə məni məcbur göndərirsən? Mənə sonuncu öyrətdiyi mahnı “Özün günahkarsan” olub. Nə vaxtsa onu sizin üçün ifa etmək istəyərəm”.

Daha ətraflı süjetdə:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı