Bakıda yaşayış binasında yanğın

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

FHN-dən Metbuat.az-a verilən məlumata görə, Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində ümumi sahəsi 97 m² olan 3 otaqlı mənzilin mətbəxində 1 ədəd aspirator və 1 ədəd xalça yanıb. Yüksək temperaturdan mətbəx mebeli 3 m² sahədə qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR