Paytaxt əhalisinin 17%-nin ictimai nəqliyyata çıxışı yoxdur

“Apardığımız diaqnostika göstərdi ki, işləyən avtobusların sayı cədvəldə göstərilən avtobusların sayından azdır. 2200 əvəzinə 1700 avtobus xətdə olub”.

Metbuat.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri Anar Rzayev deyib.

    Anar Rzayev qeyd edib ki, əhalinin 17%-nin ümumiyyətlə ictimai nəqliyyata çıxışı yoxdur: “26 daşıyıcı şirkət var. Avtobusların yeni dayanıqlı maliyyə modeli artıq hazırlanıb, daşıyıcılara dəstək verilməsi şəbəkəsi nəzərdə tutulur. Sakinlərin və əhalinin ictimai nəqliyyata üstünlük verməsi üçün şəhərdə 2500-dən çox avtobus olmalıdır. Hazırda bu say 2000-dən azdır”.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı