28 Mayda bu yeniliklər olacaq - FOTO

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) fərdi avtomobillərin hərəkətinin məhdudlaşdırıldığı “28 May” metrostansiyasının ətrafında görüləcək işləri açıqlayıb.

Metbuat.az agentliyə istinadən xəbər verir ki, ərazidə aidiyyəti qurumlarla birgə abadlaşma işləri həyata keçiriləcək: “Bu işlər çərçivəsində asfalt örtüyünün dəyişdirilməsi, mikromobillik infrastrukturunun qurulması, o cümlədən velosiped zolaqlarının təşkil edilməsi və piyada zonalarının yaradılması nəzərdə tutulur. Həmçinin ərazinin şəhərin alternativ mərkəzinə çevrilməsi hədəflənir”.

AYNA-dan bildirilib ki, Bakı Dəmiryol Vağzalına gəlib-gedənlər üçün qarşılama və yolasalma zonası da təşkil olunacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı