Joze Mourinyo İstanbul nəhənginə doğru

Türkiyənin "Fənərbağça" klubu növbəti mövsümdən məhşur baş məşqçi Joze Mourinyo ilə müqavilə bağlaya bilər.

Metbuat.az xəbər verir ki, bu barədə İtaliyanın "Calciomercetao" nəşri yazıb. "Fənərbağça"nın Superliqada çempion ola bilməyəcəyi halda, məşqçi dəyişikliyi barədə düşünə biləcəyi qeyd olunub.

Bildirilib ki, klub baş məşqçi İsmail Kartaldan narazı deyil, lakin iyunda başa çatacaq müqaviləsi yenilənməyə bilər. Ən önəmli namizədlərdən birinin Joze Mourinyo ola biləcəyi və tərəflər arasında görüş keçirilə biləcəyi iddia olunub.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı