Joze Mourinyo Türkiyə klubuna razılıq verdi

“Roma”dan istefaya göndəriləndən sonra işsiz olan Joze Mourinyonun adı “Fənərbaxça” ilə hallanmağa başlayıb.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, tərəflər bununla bağlı razılıq əldə edib. Məlumata görə, “Qalatasaray” mövsümün sonunda çempion olarsa və ya mövsüm bitmədən , xal fərqini artırarsa “Fənərbaxça” baş məşqçi İsmayıl Kartalı istefaya göndərəcək.

“Fənərbaxça” yaxşı oynamasına baxmayaraq, azarkeşlərin əldən çıxan çempionluqdan qaynaqlanacaq qəzəbini Joze Mourinyo ilə söndürmək istəyir. Bəzi mənbələrin məlumatına görə, “Fənərbaxça” nümayəndələri Mourinyonun menecerindən razılıq alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı