Neftçalada dəm qazından ölüm hadisəsi qeydə alınıb.
Metbuat.az xəbər verir ki, martın 13-də 1970-ci il təvəllüdlü Məmmədov Elçin Kərim oğlu rayonun Ramazanlı kəndində yaşadığı evin hamamında yuyunarkən dəm qazından boğulub ölüb.
Faktla bağlı Neftçala rayon prokurorluğunda araşdırma aparılır.
Seyranə Quliyeva / Metbuat.az