Bürclər üçün gözlənilən həmin proqnoz: Mart bitmədən yaşayacaqsınız

Mart ayında həm eşq, həm maddi taleyləri dəyişəcək bürclər bəlli olub.

Metbuat.az xarici mediyaya istinadən xəbər verir ki, bu müddətdə işarəsi və yüksələni Qoç olanlar xüsusilə fərqlənəcəklər. Yazın gəlişi Qoçların eşq həyatını canlandıracaq. Bu müsbət inkişaflar onların maddi vəziyətlərinin yüksəlməsinə, karyera baxımdan da müsbət təsir edəcək.

Eşq həyatı rənglənəcək bürclərdən biri də Əkizlərdir. Uzun müddətdir məhəbbət qapısı tozlanan Əkizlərin qəlbinin buzları əriyəcək, çünki nəhayət kainat onların eşq çırpınışlarına cavab verib. Bu münasibətlərdə dərin bağlarla bağlanmaq da mümkündür. Sevgi sizi güldürdüyü qədər də, risk edib-etməyəcəyiniz barədə düşündürəcək. Maddi sferada yüksəliş var.

Xərçənglər də eşq və pul arasında xoşbəxt tarazlıq yaşayacaqlar. Əziz Xərçənglər, siz mart ayında nə pulsuz, nə sevgisiz olacaqsınız. Bu dəfə oxu düz gözündən vurmusunuz.

Oğlaq bürcündə doğulanlar və yüksələni Oğlaq olanlar, siz də Əkizlər qədər xoşbəxt günlər yaşayırsınız. Tanımadığınız bir insanın həyatınıza gəlişi, sizi həm həyəcanlandırıb, həm də bir qədər qorxuda bilər.

Oxatanlara martın eşq göyərçinləridir desək yanılmarıq.Onlar da həm karyera, həm sevgi sferasında xoşbəxt xəbərlər eşidəcəklər.

Ümumiyyətlə, astroloqlar bütün bürclər üçün mart ayını müsbət qiymətləndirirlər. Yazın gəlişi ilə həm eşqdən , həm maliyyə məsələləri baxımından şans bütün bürcləri izləyəcək.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR