Gəncənin tibb işçiləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anıblar

18:08 19 Yanvar 2015
109 Ölkə
Ölkə mətbuatı
A- A+


Gəncə, 19 yanvar, AzərTAc
Gəncənin tibb işçiləri 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla anıblar.
AzərTAc xəbər verir ki, tədbirin əvvəlində o dəhşətli gecənin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İdarənin rəis müavini Akif Zərbəliyev məruzə ilə çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu əsgərlərinin Bakıda törətdikləri qanlı hadisələrdən danışıb. Qeyd edib ki, Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən insanlar küçələrə çıxaraq etirazlarını bildirərkən onlara qarşı soyqırımı həyata keçirilib. Lakin öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən üstün tutan mərd oğul və qızlarımız keçmiş Sovet ordusunun qarşısına əliyalın çıxaraq canlarından keçdilər və ölümün gözlərinə dik baxaraq şəhidlik zirvəsinə ucaldılar. Belə bir ağır məqamda Bakının tibb işçiləri küçələrə çıxaraq güllə yağışı altında yaralılara əllərindən gələn köməkliyi göstərirdilər.
Tədbirdə 1990-cı ilin 20 Yanvar faciəsinin xalqımız üçün hüznlə yanaşı, qəhrəmanlıq tarixi olduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, Azərbaycan xalqı o ölümsaçan dəhşətli günləri heç vaxt unutmayacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR