“Qarabağ”ın hücumçusu türk klubuna keçə bilər

“Beşiktaş”ın idman direktoru Samet Aybaba “Qarabağ”ın hücumçusu Olavio Juninyonu bəyənib.

Metbuat.az sportinfo.az-a istinadən xəbər verir ki, mütəxəssis braziliyalı qolçunun İstanbul təmsilçisinə xeyir verəcəyini düşünür.

Azərbaycan çempionunun Avropa Liqasının 1/8 final mərhələsində “Bayer 04”lə Almaniyada keçirdiyi oyunu tribunadan izləyən Aybaba 27 yaşlı forvardın performansından məmnun qalıb.

O, rəhbərliyə Juninyo ilə bağlı müsbət raport təqdim etmək qərarına gəlib.

“Ağ-qaralar” mövsümün sonunda keçidi reallaşdırmaq üçün “Qarabağ”la danışıqlar aparacaq.

Juninyonun transfer dəyəri 1 milyon avroya bərabər göstərilir. Forvardın ağdamlılarla müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.

“Qarabağ”ın “Bayer 04”ə 2:3 hesabı ilə məğlub olduğu matçda Juninyo bir qola imza atıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı