Naxçıvanda iki ailənin faciəsi: 3 ölü, 4 yaralı var - FOTO

Bu gün Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az Nuhçıxan-a istinadən xəbər verir ki, Babək rayonunun Vayxır kəndi ərazisində "Niva" və "Hyundai Santa Fe" markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində "Niva"da olan Əliyeva Zərifə İbrahim qızı, Əhmədov Məhəmməd Mehdixan oğlu və Əliyev Mütəllim Xanış oğlu ölüb. Əhmədov Pərvin Məhəmməd oğlu isə ağır bədən xəsarətləri alıb.

Digər avtomobildə olan 3 sərnişin - Mahmudov Qüdrət Mehdi oğlu, Mahmudov Qəşəm Əbülfəz oğlu və Mahmudov Seyfəli Mehdi oğlu ağır yaralanıb. Yaralılar Naxçıvan Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər, vəziyyətlərinin ağır olduqları bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR