Kasıb ailədə doğuldu, Avropada "ayağı tutuldu", "Qarabağ"a razılıq verəndə... - Juninyonun profili

“Qarabağ"ın ötən ilin yayında sıralarına qatdığı Juninyo bu mövsümün sonunda Azərbaycandan ayrıla bilər. Premyer Liqanın geridə qalan 27 turunda 15 qol vuran və bombardirlər siyahısına başçılıq edən braziliyalıya bir çox təklif var.

Metbuat.az oyunu ilə futbol mütəxəssislərinin diqqətini çəkən Juninyonun karyerası barədə məlumatları təqdim edir:

Juninyo 1997-ci ildə Braziliyanın Minas-Jerays ştatında anadan olub. O, karyerasına 2014-cu ildə, yetirməsi olduğu Braziliyanın "Atletiko Paranaense" klubunda başlayıb. O, "Atkletiko" ilə yanaşı, müxtəlif illərdə ölkəsində "Brazil", "Novurizontino", "Fiqeyrense", "Vila Nova" klublarında da oynayıb. Futbolçu 2020-ci ildə Portuqaliya yüksək liqa təmsilçisi "Şaviş"ə keçib. Ötən mövsüm əsas heyət üzvü olduğu "Şaviş"lə Premyer Liqada 30 oyunda meydana çıxıb, 4 qol vurub. Məlumata görə, "Qarabağ" bu transfer üçün qarşı tərəfə 400 min dollar civarında təzminat ödəyib və Juninyo ilə 3 illik müqavilə bağlayıb.

“Qarabağ”dakı uğurlu oyunundan sonra Juninyonun 10-a qədər Avropa klubundan təklif aldığı bildirilir. Kasıb ailədə dünyaya göz açdığını xatırladan Juninyo “Qarabağ” rəhbərliyinə ayağına gələn təkliflərdən birini dəyərləndirmək fikrində olduğunu deyib.

Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı