Xavi Mbappenin qarşısını almaq üçün inanılmaz plan qurub

“Barselona” Çempionlar Liqasında qarşılaşacaq PSJ ilə matçın heyətini artıq indidən qurmağa başlayıb.

Metbuat.az xəbər verir ki, “Barselona” PSJ ilə matçda heyətdə sürpriz dəyişiklik edə bilər. “Mondo Deportivo” qəzetinin məlumatına görə, Xavi Hernandez əsas heyətdə Mişel Fayeni oynada bilər. Əvəzedici komandada oynayan futbolçu fiziki baxımdan çox güclü və sürətlidir. Bildirilir ki, Xavi bu futbolçudan Mbappenin qarşısını almaq üçün istifadə edə bilər.

Müdafiə xəttində Araujo, Koparsi kimi etibarlı müdafiəçilərlə yanaşı Fayenin yer alması Mbappe və PSJ-nin digər futbolçularına qarşı effektli ola bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR