Maya Sandu azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib

Moldova Prezidenti Maya Sandu bu ölkədə yaşayan azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib.

Metbuat.az xəbər verir ki, Maya Sandunun təbrikində 3000 ildən artıq ənənəyə malik olan Novruz bayramının 2009-cu ilin sentyabr ayından UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyi və 2010-cu ilin fevralında BMT Baş Assambleyasının 21 martı saflıq və əbədi bəşəri dəyərləri ifadə edən Beynəlxalq Novruz Günü elan etdiyi xatırladılır. Bildirilir ki, Novruz ailə ilə cəmiyyətin vəhdəti deməkdir, mədəni ənənələrin zaman keçdikcə inkişaf etməsi və əbədiləşməsi deməkdir.

“Moldova Respublikasının azərbaycanlıları icmasını və Novruz bayramını qeyd edənləri gözəl və təzələnən bayram münasibətilə təbrik edirəm. Eviniz bütün sevdiklərinizin görüş yerinə çevrilsin, ruhunuz xeyrə, nura açıq olsun. Novruz bayramınız mübarək olsun!”, - deyə təbrikdə qeyd olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı