​Türkiyəli mütəxəssis Azərbaycan millisini çalışdıra bilər

Türkiyəli mütəxəssis Rza Çalımbay futbol üzrə Azərbaycan millisinin baş məşqçisi təyin oluna bilər.

Metbuat.az xəbər verir ki, bu barədə "Sabah" qəzeti məlumat verib. 61 yaşlı məşqçi Azərbaycan yığmasının "sükanı arxasına" keçməyə hazır olduğunu bildirib:

"Düzdür, Azərbaycan millisindən hələ rəsmi təklif almamışam. Ancaq adımın bu komanda ilə birgə hallandığını eşitmişəm. Bir neçə gün ərzində mənimlə əlaqə saxlayacaqlarını düşünürəm. Təklif gəlsə, Azərbaycan yığmasını çalışdırmağa müsbət yanaşaram".

Qeyd edək ki, Canni De Byazinin istefasından sonra Azərbaycan millisində baş məşqçi postu boşdur. Rza Çalımbay isə sonuncu dəfə 2023-cü ildə Türkiyənin "Beşiktaş" klubuna rəhbərlik edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR