Mourinyo “Fənərbaxça” ilə bağlı qərarını verdi

İtaliya mediası Joze Mourinyo ilə danışıqlar aparan klubların adını açıqlayıb.

Metbuat.az xəbər verir ki, həmin klublar arasında “Fənərbaxça”da var. Mourinyonu kluba gətirmək istəyən digər klublar isə “Napoli”, “Juventus”, “Nyuklasl Yunayted” və Səudiyyə Ərəbistanı komandalarıdır. Xarici KİV-lərin iddiasına görə, Mourinyo daha iddialı klubda işləmək barədə qərar verib. Ona görə də, onun “Fənərbaxça”nı seçməsi sürpriz olar. İddialara görə, Joze Mourinyo “Nyuklasl Yunayted”in layihəsini bəyənir. “Roma”dan istefaya göndərilən Mourinyo üçün İtaliya klublarından birini çalışdırmaq da cəlbedici seçimdir.

Qeyd edək ki, Türkiyə mediası “Fənərbaxça”nın çempion olmayacağı təqdirdə mövsümün sonunda Joze Mourinyonu transfer edə biləcəyini yazmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı