Çoxlarının işlətdiyi bu dərman asmaya səbəb ola bilir - Həkim xəbərdarlıq etdi

Aspirin qəbulu astma və sinüzitli insanlarda tənəffüs problemlərinə səbəb ola bilər.

Metbuat.az xəbər verir ki, bu barədə Mayo Klinikasının (dünyanın ən böyük özəl tibb və tədqiqat mərkəzlərindən biri) otorinolarinqoloqu doktor Angela Donaldson danışıb. Donaldson qeyd edib ki, bronxial astma tənəffüs yollarının xroniki iltihabi xəstəliyidir və kəskinləşmə zamanı təngnəfəslik, xırıltı və öskürək tutmaları ilə özünü göstərir. Bu zaman aspirinin qəbulu həyat üçün təhlükə yarada bilər.

Həkimin sözlərinə görə, aspirin qəbulu öskürək və xırıltıya səbəb olmaqla astma simptomlarını pisləşdirə bilər. Həmçinin, bu dərman sinüzitin kəskinləşməsinə də gətirib çıxarır.

Həkim qeyd edib ki, aspirin burunda poliplərin əmələ gətirməklə bərabər və nəfəs almasını çətinləşdirir. Həkim astma və sinüzit xəstələrinə ibuprofen və naproksen kimi qeyri-steroid iltihabəleyhinə dərmanlardan (QSİƏP) ehtiyatla istifadə etmələri barədə xəbərdar edib.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı