100 milyonluq transfer - "Barselona" müdafiə "sütunu"nu satır

"Bavariya" "Barselona"nın müdafiəçisi Ronald Araujo üçün fantastik təklif irəli sürüb.

Metbuat.az xəbər verir ki, "Bavariya" futbolçu üçün 100 milyon avro ödəməyə hazır olduğunu bildirib. “Marca” qəzətinin məlumatına görə, rəsmi təklif olmasa da, “Bavariya” tərəfi 100 milyon avro ödəyə biləcəyini “Barselona”ya bildirib. Bundan əvvəl, "Barselona"nın Araujo üçün 100 milyon avrodan aşağı qiymətə razılıq verməyəcəyi barədə xəbərlər dərc edilmişdi.

Qeyd edək ki, bu transfer reallaşsa Ronald Araujo ən baha qiymətə transfer edilən müdafiəçi olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR