Səslərin 99 faizi sayıldı - Bu namizədlər qalib gəldi

Türkiyədə bələdiyyə seçkilərində səslərin 99 faizi artıq hesablanıb.

Metbuat.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, ölkə üzrə sandıqların 99,37 faizi açılıb.

Bu vaxta qədərki nəticələrə görə, Cümhuriyyət Xalq Partiyası (CHP) 37,71 faizlə birincidir. Hakim Ədalət və İnkişaf Partiyası isə 35,53 faizlə ikinci sıradadır.

Ankara və İstanbulda CHP namizədləri öndədir. Belə ki, Ankarada Mansur Yavaş 60,29 faizlə, İstanbulda Əkrəm İmamoğlu 51,05 faizlə liderdir.

Antalya və İzmir şəhərlərində yenə də CHP lider olub. AK Partinin namizədlərindən 24-ü, CHP-nin namizədlərindən isə 35-i ölkənin müxtəlif şəhərlərinin bələdiyyə başçısı vəzifəsinə seçilib.

Seçkilərin ilkin nəticəsi Türkiyənin Ali Seçki Komissiyası tərəfindən bu gün elan ediləcək. Lakin artıq bir çox partiya rəhbərləri və namizədlər qələbələrini elan edib və ya məğlub olduqlarını açıqlayıblar.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlamasında partiyasının istənilən nəticə əldə etmədiyini bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı