Ançelotti "Mbappe gəlsə mən gedəcəm" deyən Vinisiusla bağlı qərarını verdi

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti Mbappe və Vinisiusun birlikdə oynaması üçün yeni taktikanı tapıb.

Metbuat.az xəbər verir ki, Ançelotti “Real”ın oyun sxemini Mbappeyə görə dəyişməyəcək. “Marca”da dərc olunan xəbərə görə, Ançelotti növbəti mövsümdə də komandanı 4-3-1-2 sxemi ilə oynadacaq. Hücum xəttində Mbappe və Vinisius birgə oynayacaq. İtalyan məşqçi bu ikilinin arxasında Cud Bellingemi yerləşdirəcək. Arda Gülerin bu rotasiyada oynayacağı rol da böyük maraqla gözlənilir.

Qeyd edək ki, Karlo Ançelotti Vinisiusun Mbappe kimi mərkəz hücumçu mövqeyində də oynaya biləcəyini ifadə etmişdi. Vinisiusun onunla eyni mövqedə oynayan Mbappenin transferinə qarşı olduğu və onun heyətə cəlb ediləcəyi təqdirdə klubdan gedə biləcəyi barədə xəbərlərd dərc edilmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı