"Yunanıstanla iqtisadi əməkdaşlığımızın genişlənməsi üçün potensial böyükdür"

Yunanıstanla iqtisadi əməkdaşlığımızın genişlənməsi üçün potensial böyükdür.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bakıda Yunanıstanın Milli Gününə həsr olunmuş tədbirdə deyib.

Nazir müavini qeyd edib ki, enerji sektorunda əməkdaşlıq ikitərəfli əlaqələrimizin əsasənı təşkil edir: "Enerji sahəsində Azərbaycan Avropanın etibarlı tərəfdaşıdır. Yaxın dövrdə keçiriləcək Azərbaycan-Yunanıstan Birgə Hökumətlərarası Komissiyasının iclası yeni əməkdaşlıq perspektivləri açır.

O, əlavə edib ki, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq var və münasibətlər qarşılıqlı hörmətə əsaslanır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı