“Google” milyardlarla qeydi siləcək

“Google” şirkətin “Chrome” brauzerindən istifadə edən 136 milyondan çox ABŞ sakini haqqında şəxsi məlumatları ehtiva edən milyardlarla qeydi silməyə razılıq verib.

Metbuat.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

“Google”a qarşı istifadəçilərin qeyri-qanuni izlənilməsi, o cümlədən “Chrome” brauzerində istifadəçilərin internet fəaliyyətinin hətta gizli rejimdə olduqda belə izlənməsi iddiası ilə kollektiv iddia qaldırılıb.

Məxfiliyin pozulması iddiası ilə “Google”a qarşı qaldırılan 5 milyard dollarlıq iddia hələ 2020-ci ilin iyununda açılmışdı. Lakin şirkətin vəkilləri bir neçə dəfə prosesi təxirə salmağa çalışıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı