Bir insanın yaxın müddətdə tez-tez xəstələnməsi immunitetinin zəiflədiyini göstərir.

Metbuat.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib. Onun sözlərinə görə, bu zaman mütləq həkimə müraciət etmək lazımdır ki, müvafiq müayinələr aparılsın.

    İmmunitetin gücləndirilməsi ilə bağlı danışan həkim deyib ki, özbaşına vitamin qəbulu yolverilməzdir:

    “Yaxşı olar ki, həkimə müraciət edilsin. Bununla yanaşı meyvə qəbulu arzu olunandır”.