Güclü külək nəticəsində 4 nəfər xəsarət alıb.
Metbuat.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Son məlumata əsasən, 04.04.2024-cü il tarixində güclü külək səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 3 ünvan üzrə 4 müraciət qeydə alınıb.
Hər üç ünvana təcili tibbi yardım briqadası cəlb olunub.
Külək nəticəsində müxtəlif səbəblərdən xəsarət alanlardan 2 nəfər kişi, 2 nəfər isə qadın olub.
Onlardan 2 nəfər (1 qadın, 1 kişi olmaqla) ixtisaslaşmış tibb müəssisəsinə hospitalizasiya olunub.
2 nəfərə (1 qadın, 1 kişi olmaqla) isə təcili yardım briqadaları tərəfindən yerində yardım göstərilib.