İQAK polis şöbələrində monitorinq keçirdi

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Azərbaycanın 13 rayon polis şöbəsinin müvəqqəti saxlama yerində monitorinq keçirib.

Bu barədə Metbuat.az-a komitə sədri Tural Hüseynov məlumat verib. O bildirib ki, monitorinqlər Şirvan, Salyan, Neftçala, Masallı, Cəlilabad, İmişli, Ağcabədi, Lənkəran, Astara, Yevlax, Ucar, Ağdaş və Kürdəmir rayonlarına baş tutub. Yoxlama zamanı əsasən saxlanma yerlərindəki vəziyyət, saxlanılan şəxslərlə rəftarla bağlı araşdırma aparılıb:

"Monitorinqi mən, komitənin hüquq şöbəsinin müdiri Rövşən Məmmədov və ekspert Qartal Hüseynov keçirdik. Bütün rayon polis şöbələrində saxlanma şəraiti, gəzinti yerləri və hamam otaqları ilə maraqlandıq. Ümumilikdə hər şey normal idi. Təkcə İmişli rayon Polis Şöbəsinin inzibati binası köhnə idi. Məlumat verildi ki, şöbənin yeni inzibati binaya köçürülməsi planlaşdırılır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı