Ən asosial bürclər - İnsanlara nifrət edirlər

Astroloqlara görə, ən asosial bürclər Oğlaq və Əqrəb bürcləridir.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, astroloqlar bu bürclərin insanlarla birliktə olmaqdan həzz almadıqlarını, daha çox tək zaman keçirməyin onlar üçün əyləncəli olduğunu düşünürlər.

Oğlaq bürclərinin asosial olmasına əsas səbəb onların daha çox öz hədəflərinə istiqamətlənmiş olmalarıdır. Onlar üçün bütün əyləncə növlərini təkbaşına yaşamaq maraqlıdır və sıxıcı deyil. Onlar insanlarla zaman keçirməyi vaxt itkisi hesab edir, özləri zaman ayırmağı sevirlər.

Əqrəb bürcləri üçün "az insan, az əşya" prinsipi idealdır. Əslində onlar sosial münasibətlərdə həm də uğursuz olurlar. Ona görə də, həyatlarının böyük qismində çox az dostları olur. Lakin sadiq olmağı və möhkəm münasibətlər qurmağı bacarırlar.

Mətbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı