Çempionlar Liqası ilə bağlı Ançelottidən Ardaya müjdə

UEFA Çempionlar Liqası Çempionlar Liqasının 1/4 final mərhələsində "Mançester Siti" ilə qarşılaşacaq "Real Madrid"in heyəti açıqlanıb.

Metbuat.az xəbər verir ki, Arda Güler UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində "Real Madrid"in "Mançester Siti" ilə ilk matçının heyətinə daxil edilib.Matçdan əvvəl keçirilən mətbuat konfransında Antonio Rüdiger və baş məşqçi Karlo Ançelotti iştirak edib. İtaliyalı məşqçi açıqlamasında deyib:

"Futbol dünyası üçün çox cəlbedici oyun olacaq. Bəzi aspektlərdə üstün olacağımızı düşünürük və bəzi tərəflərdən də onlar üstün olacaqlar. Biz bunu 180 dəqiqədən sonra görəcəyik. Oyunçulara 11-lik haqqında heç nə deməmişəm, sadəcə bir mövqedə seçim qalıb”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR