İnsanların ən çox nifrət etdiyi dörd bürc

Astroloqların fikrincə, hər bir bürcün özünəməxsus güclü və zəif tərəfləri var. Bürclərə baxaraq ön mühakimə yürütmək yanlış olsa da, insanların ən çox nifrət etdiyi bürclər adətən eyni olur.

Metbuat.az xarici mediaya istinadən insanlar tərəfindən sevilməyən 4 bürcü təqdim edir:

Əkizlər bürcü bu siyahının başındadır. Əkizlər bürcü hər şeyi planlaşdıraraq görən və zəif insanlardan istifadə etməyi sevən bürcdür. Asan əsəbiləşir və gərginlik yarada bilirlər. Əkizlər çox danışan təbiətə və əyləncəli bir xasiyyətə malikdirlər. Ətrafdakı insanları asanlıqla manipulyasiya edə bilirlər. Ancaq əkizlərin etibarsız və iki üzlü olması ilə bağlı məlumatlar heç də düşündüyü qədər doğru deyil. Əkizlərdən daha iki üzlü olan bürclər də var.

Əqrəblər öz emosiyalarını ortaya qoymayan gizli və səssiz insanlardır. “Saman altından su yeridən” ifadəsi Əqrəb bürcünü təmsil edir. İşdə və sosial mühitlərdə iddialı, aqressiv və qisasçı xarakterləri ilə yanaşı, sevgidə də qısqanc və sahiblənəndirlər.

Tərəzi ətrafdakı insanların həyatına müdaxilə etməyi sevən bürcdür. Üstəlik, bu narahatedici müdaxilələrdən xəbərsiz olduqları üçün yaxşılıq etdiklərini düşünürlər. Lakin bu vəziyyət ətrafındakıları narahat edir. Qısqanc və sahiblənən Tərəzilər başqalarının əlinə keçməmək üçün istəməsələr də, bir şey istəyirmiş kimi davrana bilərlər.

Şirlər özlərini hər kəsdən üstün görərək insanları aşağılamağa meyllidirlər. Heç vaxt etdikləri səhvlərdən peşman olmazlar və olduqca soyuqqanlıdırlar. Tez-tez yalan danışa bilirlər.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı