Nicat Abasov növbəti görüşünə çıxacaq

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirəcək.

Metbuat.az xəbər verir ki, 28 yaşlı qrosmeyster qara fiqurlarla Hindistan təmsilçisi Dommaracu Qukeşi sınağa çəkəcək.

N.Abasov ilk turda Yan Nepomnyaşi ilə heç-heçə edib, ikinci görüşdə ABŞ təmsilçisi Fabiano Karuanaya məğlub olub. O, üçüncü turda Hikaru Nakamura (ABŞ), dördüncü turda isə Fransanı təmsil edən Əlireza Firuzca ilə bərabərə qalıb.

Qeyd edək ki, hazırda aktivində 1,5 xalı olan Nicat Abasov Nakamura, Firuzca və Vidit Santoş Qucrati (Hindistan) ilə birlikdə 5-8-ci yerləri bölüşdürür. İddiaçılar Turnirinə aprelin 22-də yekun vurulacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı