Qızlarının nişanına gələn ata və ana faciəvi şəkildə öldü

Rusiyadan Lənkərana övladlarının xeyir işinə gələn ata və ananın meyitləri tapılıb.

Metbuat.az Report-a istinadən bildirir ki, hadisə rayonun Kərarmeşə kəndində baş verib.

Belə ki, Rusiya Federasiyası vətəndaşları olan 1974-cü il təvəllüdlü Qalib Sərdar oğlu Bağırov və həyat yoldaşı, 1979-cu il təvəllüdlü Nəfisə Sahib qızı Bağırova qızlarının nişan mərasiminə hazırlıq üçün bir neçə gün əvvəl kəndə gəliblər. Bu gün səhər evə gələn qohumlar qapının bağlı olduğundan narahat olublar. Onlara edilən telefon zəngləri də cavabsız qalıb. Qohumlar pəncərədən içəri daxil olduqda ər və arvadın öldüklərinin şahidi olublar.

İlkin ehtimala görə, onlar dəm qazından boğulublar.

Faktla bağlı araşdırmalara başlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı