"Qarabağ" nəhəngləri geridə qoydu - "Yuventus", "Sevilya"...

Xəbər verdiyimiz kimi, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb. Yeni siyahıda 13 pillə irəliləyən "Qarabağ" 48-ci sırada yer alıb.

Metbuat.az bildirir ki, komandamız 14 klubu geridə qoyub.

Bu klublar “Mançester Yunayted”, “Brayton” (hər ikisi İngiltərə), “Marsel” (Fransa), “Yuventus”, “Napoli” (hər ikisi İtaliya), “Korintians”, “Atletiko Mineyro” (hamısı Braziliya), “Reyncers” (Şotlandiya), “İndependente”, “Milyonarios” (hər iksi Kolumbiya), “Kopenhagen” (Danimarka), “Sevilya” (İspaniya), “Gent” (Belçika), “Slaviya”dır (Çexiya).

Adlı-sanlı klublardan “Mançester Yunayted” 47-ci yerdən 65-ə, “Yuventus” 34-dən 69-a yuvarlanıb. “Napoli” 53-cü, “Sevilya” 63-cüdür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı