Paytaxtda məktəbliləri daşıyan mikroavtobus qəzaya düşdü - VİDEO

Bakıda Aeroport yolunun Buzovna qəsəbəsindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az “baku.ws”ə istinadən xəbər verir ki, hadisə zamanı şagirdləri daşıdığı deyilən mikroavtobus "Prius"la toqquşmadan yayınmaq üçün qəfil manevr edib.

Nəticədə mikroavtobus idarəetmədən çıxaraq dəmir arakəsməyə dəyib.

Xəsarət alanlar barədə məlumat yoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR