Arda "Real"dan əlini üzdü - Qərarını Peresə çatdırdı

Arda Gülerin "Real Madrid"dən ayrılmaq qərarına gəldiyi bildirilir.

Metbuat.az xəbər verir ki, Arda Güler daha çox forma şansı əldə edəcəyi komandada oynamaq istəyir. Jurnalist Ramon Alvarez de Monun xəbərinə görə, Arda Güler gələn mövsüm komandadan ayrılmaq istədiyini “Real Madrid”ə bildirib. Məlumata görə, Karlo Ançelotti də Ardanın başqa komandaya icarəyə getməsinə üstünlük verir. Lakin Ardanın icarəyə göndərilməsi barədə hələlik yekun qərar verilməyib.

Qeyd edək ki, Karlo Ançelottinin oğlu Davidenin atasına təzyiq edərək Arda Güleri “Malyorka” matçında meydana buraxmasını istəyib. Lakin Çempionlar Liqasının 1/4 final revanşında “Mançester Siti” ilə qarşılaşacaq Ançelotti bu çətin matçdan əvvəl oynadıqları “Malyorka” ilə matçda Arda Gülerə şans verməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR