​Arauxonun əl jesti gündəm oldu: Hakimi söyüb? - FOTO

“Barselona”nın futbolçusu Arauxonun Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda PSJ-yə 1-4 hesabı ilə məğlub olduqları matçda etdiyi davranış müzakirə edilib.

Metbuat.az xəbər verir ki, müdafiəçi qırmızı vərəqə alandan sonra əl hərəkətəti edib. Bəzi dairələr bunun söyüş olduğunu irəli sürsə də, həqiqət başqa imiş. Xarici KİV-lərin məlumatına görə, futbolçunun meydanı tərk edərkən etdiyi əl jesti söyüş ifadə etmir. Bu əl jesti Cənubi Amerikada “oğurluq” deməkdir.

Futbolçunun bu hərəkəti ilə hakimə etiraz etdiyi deyilir. UEFA-nın Arauxonu bu hərəkətinə görə cəzalandırıb- cəzalandırmayacağı hələlik məlum deyil.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı