Sən də "Dəstək" ol!

Bmg International şirkətinin 11 illiyi və "Dəstək" layihəsinin təqdimatı keçirilib.

BMG lnternational dərin bilik və zəngin təcrübəyə malik, tanınmış iqtisadçı və maliyyəçi Orxan Məmmədzadə tərəfindən 2013-cü ildə Azərbaycanda təsis edilib.

BMG lnternational şirkəti üç əsas istiqamətdə fəaliyyət göstərir:

1. Biznes idarəetməsi: Strateji və maliyyə planlaşdırması, personal idarəetməsi, satış və marketinq daxildir.

2. Maliyyə məsləhətləri: Biznesi daxildən anlamağa və uzunmüddətli perspektivlərini proqnozlaşdırmağa kömək, innovativ və uyğunlaşdırılmış həllərin təklifi.

3. Peşəkar təlimlər: "Hazır Mühasib" təhsil platformasını yaradaraq maliyyə savadlılığını, bu sahədə peşəkarların inkişafını praktiki və aktual proqramlar vasitəsilə artırmaq məqsədi.

"DƏSTƏK" Layihəsi, şirkətin 11 illiyini qeyd etmək və layihənin rəsmi açılışı üçün təşkil olunan tədbirdə təqdim olunub. Layihənin məqsədi sahibkarların dəstəyi ilə qazi və şəhid ailələrinə təhsil, təcrübə və iş imkanları yaratmaqdır. Tədbir həmçinin, digər şirkətləri layihəyə cəlb etmək üçün bir platforma olaraq xidmət edib.

Tədbir zamanı Orxan Məmmədzadə qonaqları bu layihəyə qatılmağa dəvət edib. Orxan bəy bir neçə qazi və şəhid ailə üzvlərini ödənişsiz təhsillə təmin edib. BMG International-ın təsisçisi bildirib ki, artıq tədbirə qatılan bir neçə şirkətlə bu layihə çərçivəsində əməkdaşlığa başlanılıb.

Bütün sahibkarları bu vacib işə qoşulmağa dəvət edirik!

Layihəyə qoşulmaq üçün əlaqə:

0557887089 (WhatsApp)

www.bmgi.az

Info@bmgi.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR