Məşhur iş adamı Bakıda qəzaya düşdü - FOTO

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) İdarə Heyətinin sədri Hüseyin Büyükfırat yol qəzasına düşüb.

Metbuat.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, o, yol qəzası nəticəsində xəsarət alıb. Xəsarət alan H.Büyükfırat Bakıdakı özəl klinikaların birinə yerləşdirilib.

Hazırda onun müalicələri davam etdirilir.

Qeyd edək ki, türkiyəli iş adamı 1992-ci ildən Azərbaycanda yaşayır. O, "Büyükfırat" Şirkətlər Qrupunun prezidentidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı