Adam öldürməkdə təqsirləndirilən şəxsin işi məhkəməyə göndərildi

Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

Metbuat.az xəbər verir ki, bu barədə Binəqədi rayon prokurorluğunun məlumatında deyilir.

    Məlumata görə, ötən ilin dekabr ayının 31-də Binəqədi rayonu ərazisində 1968-ci il təvəllüdlü Namiq Orucovun və 1988-ci il təvəllüdlü Ramil Səfərovun qəsdən öldürülmələri faktı üzrə rayon prokurorluğunda başlanılmış cinayət işi üzrə istintaq tamamlanıb.

    İstintaqla 2001-ci il təvəllüdlü Arif Bəhərçiyevin tanışları Namiq Orucovu və Ramil Səfərovu Binəqədi rayonu ərazisində yerləşən kafelərdən birində xuliqanlıq edib bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Arif Bəhərçiyevə Cinayət Məcəlləsinin 120.2.2, 120.2.3, 120.2.7 (xuliqanlıq niyyətilə ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar iki və daha çox şəxsi qəsdən öldürmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq etmə) maddələri ilə ittiham elan edilib, müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokurorunun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı