Türkiyənin İzmir vilayətində 4.5 bal gücündə zəlzələ olub.
Metbuat.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi X səhifəsində məlumat verilib. Məlumata görə, vilayətin Seferihisar rayonunda baş verən yeraltı təkan 4,5 bal gücündə olub.
Dağıntıların olduğu bildirilib. Xəsarət alanlar barədə məlumat yoxdur.