Bu təbii vasitə ət xallarından xilas edir

Kosmetika sahəsində məşhur olan əncir südü dəri problemi yaşayanlar üçün həll yolu ola bilər.

Metbuat.az medicina.az-a istinadən xəbər verir ki, xüsusilə təbii üsullarla ziyil və ət xallarından xilas olmaq istəyənlər əncir südündən faydalanırlar.

Əncir südünün dəri üçün faydalarını təqdim edirik:

Yetişməmiş ənciri budaqdan ayırdıqda həmin hissədən çıxan ağ maye əncir südü adlanır. Bu südü əncirin qalın yarpaqlarından və gövdəsindən də əldə etmək olar.

Əncir südü daban çatlarını aradan qaldırır. Ziyillərin müalicəsində faydalı nəticələr verdiyi bilinən əncir südü ət xalları üçün də eyni məqsədə xidmət edə bilər. Yay aylarında artan dəri ləkələrini, həmçinin sızanaq izlərini və yanıq ləkələrini də bu südlə yox edə bilərsiniz.

Hüceyrə yenilənməsini dəstəkləyən bu meyvənin südü müntəzəm istifadə edildikdə dəridəki bütün qalıcı problemləri aradan qaldırır. O, həmçinin dəri tonunu tarazlaşdırır və daha bərabər görünüş təmin edir. Bunun üçün onu problemli nahiyəyə sürtmək kifayətdir.

Əncir südündən müntəzəm istifadə məsamələri daraldır, sızanaqları qurudur. Allergiya və ya ekzema kimi vəziyyətlərin səbəb olduğu qaşıntı da əncir südü ilə aradan qaldırılır. Həmin hissələrə südlə masaj etdikdə qaşıntı yox olacaq.

Bu maye problemləri həll etsə də, həddindən artıq istifadə dərinin yorğunluğuna səbəb ola bilər. Xüsusilə göz və ağız nahiyəsindən uzaq tutulmalıdır. Müalicə edəcəyiniz nahiyələrə masaj edərək tətbiq etmək faydalı olacaq.

Əncir südü qulaqlarda da istifadə oluna bilər. Qədim dövrlərdə insanlar qulaqdakı mikrobları təmizləmək üçün ondan istifadə edirdilər. Bir damcı süd qulağın içindəki yaraları təmizləyir. Bununla belə, bu üsul biraz təhlükəli hesab edilir və evdə sınamaq tövsiyə olunmur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı