“El Classico"dan əvvəl Arda Peres qarşısında tələb irəli sürübmüş

“El Classico"dan əvvəl “Real Madrid” prezidenti Florentino Pereslə Arda Güler arasında danışıqlar aparılıb.

Metbuat.az xəbər verir ki, danışıqlar Ardanın icarə məsələsi ilə bağlı olub. İspaniya mediasının iddiasına görə, Arda icarəyə getməyə razı olduğunu Peresə bildirib. Məlumata görə, Arda yalnız icarə əsasında klubdan getməyə razı olduğunu Peresə deyib. Həmçinin, Arda Çempionlar Liqasında oynayacaq komandaya getmək şərtilə icarə təklifinə razılıq verəcəyini ifadə edib.

Qeyd edək ki, bundan əvvəl Ardanın baş məşqçi Karlo Ançelotti ilə də oxşar danışıqlar apardığı qeyd edilmişdi. Məlumata görə, Ançelotti Ardaya icarəyə getməyi tövsiyə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı