Kürdəmir rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Metbuat.az xəbər verir ki, rayonun Qarasaqqal kəndində yaşayan 1953-cü il təvəllüdlü Xəzangül Cəfərova ehtiyatsızlıqdan həyətdəki su quyusuna yıxılıb. Nəticədə o vəfat edib.
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.