Yaxşılıq etmək istəyən qadın faciəvi şəkildə öldü - VİDEO

Xırdalanda baş verən dəhşətli qətl hadisəsinin təfərrüatı məlum olub.

Metbuat.az-ın Oxu.az-a istinadən məlumatına görə, həyat yoldaşını qətlə yetirən şəxs Oğuz rayonunun Yemişənli kəndindəndir. Laçın Əhmədağayev uzun illər Rusiyanın Norilsk şəhərində yaşayıb.

Məlumata görə, L.Əhmədağayev öz qardaşı ilə mübahisə edib. Qətlə yetirilən Sevincin qaynı arvadı isə ona yoldaşının onların evinə gələrək söz-söhbət saldığını deyib.

Sevinc də yaxşılıq etmək məqsədi ilə yoldaşına qardaşının işinə qarışmamasını söyləyib. Bundan hiddətlənən kişi arvadının başını kəsib.

Qeyd edək ki, sözügedən hadisənin cütlüyün üç yaşlı övladının gözü qarşısında baş verdiyi deyilir. Sevinc Əhmədağayeva bu gün Oğuz rayonunda dəfn olunub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı